Azərbaycan milli komandası FİFA reytinqində 2 pillə irəliləyib

Azərbaycan milli komandası FİFA reytinqində 2 pillə irəliləyib
# 06 avqust 2015 10:56 (UTC +04:00)

Bakı-APA. Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu siyahıda dünyanın 209 yığması yer alıb.

Sonuncu dəfə iyulun 9-da açıqlanan cədvəllə müqayisədə bəzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə az sayda da olsa, qarşılaşmaların keçirilməsi ilə bağlıdır.

Dəyişikliklər Azərbaycan millisinə də təsir edib. Son 4 həftədə meydana çıxmayan komandamızın xal hesabı dəyişməsə də, yığmamız irəliləyib. Belə ki, 302 xala malik milli 2 pillə yüksələrək, 106-cı yerə sahib çıxıb.

Millimiz və “qonşuları”
101 (103). Kanada - 323

102 (96). Niger - 312

103 (105). Makedoniya - 311

104 (111). Syerra-Leone - 304

105 (107). Antiqua və Barbuda – 303

106 (108). AZƏRBAYCAN – 302

107 (110). Litva - 301

108 (105). Qvatemala – 299

108 (112). Zimbabve - 299

110 (88). Salvador – 289

111 (114). Namibiya - 284

FİFA reytinqinin ilk “onluğ”unda da dəyişikliklər diqqət çəkir. Son dünya çempionu və növbəti mudnialın seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan Almaniya 2-ci pilləni də əldən verib. Bundestimi bu mövqedən Belçika sıxışdırıb. Hollandiya isə ümumiyyətlə 10 ən yaxşı arasındakı yerini itirib.


İlk “onluq”

1 (1). Argentina – 1425

2 (3). Belçika – 1244
3 (2). Almaniya – 1226
4 (4). Kolumbiya – 1218
5 (6). Braziliya – 1186

6 (7). Portuqaliya – 1177

7 (8). Rumıniya - 1166

8 (9). İngiltərə - 1157

9 (10). Uels - 1155

10 (11). Çili – 1124

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən hamısının mövqeyi dəyişib. Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyibsə, Norveç, Bolqarıstan və Malta hərəyə 1 addım geriləyib.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

13 (14). Xorvatiya – 1023
16 (17). İtaliya – 1001
68 (67). Norveç - 495
69 (68). Bolqarıstan - 489
159 (158). Malta – 157

Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında isə irəliləyən olmayıb. Almaniya, Norveç və Şimali İrlandiya geriləyibsə, Çexiya ilə San-Marino mövqeyini qoruyub.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (2). Almaniya – 1226

20 (20). Çexiya - 933

40 (37). Şimali İrlandiya - 721

68 (67). Norveç - 495
192 (192). San-Marino - 40


Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 627 xalla 3 pillə irəliləyib. “Ay-ulduzlular” bugünkü cədvəldə 45-cidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR