Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini 3-cü pillədə başa vurub

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini 3-cü pillədə başa vurub
# 18 sentyabr 2014 15:00 (UTC +04:00)

Bakı – APA. Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin II qrupunda mübarizəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən qrupun son iki matçı eyni vaxtda başlayıb.

Ukrayna və Danimarka arasında görüş 1-ci pillənin taleyinə aydınlıq gətirib. Danimarka qrupda keçirdiyi son oyununda da ənənəsinə sadiq qalıb. Belə ki, şimali avropalılar yenə qələbə qazanıb. Beləliklə, elit mərhələyə Danimarka qrup lideri, Ukrayna isə II kimi yüksəlib.

Hər iki oyunda uduzan Azərbaycan və Kiprin qrupda qaldığı rəsmiləşdiyindən onlar sonuncu olmamaq üçün mübarizə aparıb. Patrisiya Qonsalesin çalışdırdığı millimizə bunun üçün bərabərlik də kifayət edirdi. Elə görüş qolsuz bərabərliklə başa çatıb. Qrupu III pillədə başa vuran yığmamız seçmə mərhələni qol vurmadan başa çatdırıb.

II qrup

18 sentyabr

Ukrayna – Danimarka – 1:4

Qollar: Kozırenko, 2 (penalti) – Şioldan, 45+2; Madsen, 52; Sara Andersen, 79; Arnqrimsen, 90+3

Hakim: Qraziella Pirriatore (İtaliya)

“Dalğa Arena”

AZƏRBAYCAN – Kipr – 0:0

Hakim: Dezire Qrundbaxer (İsveçrə)

Bayıl stadionu

1

Danimarka

3

3

0

0

10-1

9

2

Ukrayna

3

2

0

1

5-5

6

3

AZƏRBAYCAN

3

0

1

2

0-4

1

4

Kipr

3

0

1

2

1-6

1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR