Azərbaycan millisinin İtaliya və Xorvatiya ilə oyun üçün heyəti açıqlanıb

Azərbaycan millisinin İtaliya və Xorvatiya ilə oyun üçün heyəti açıqlanıb
# 29 sentyabr 2014 15:35 (UTC +04:00)

Bakı - APA. AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarla əlaqədar, oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək yığmamıza 25 futbolçu dəvət olunub.

Bu oyunçulardan üçü - Ufuk Budak, Taşkın İltər və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-də qoşulacaq.

Almaniyalı baş məşqçi Berti Foqtsun heyətində zədəli Rəşad Sadıqovdan başqa, daha iki aparıcı oyunçu yoxdur. Vitse-kapitan Mahir Şükürov və Vaqif Cavadov “25-lik”də yer almayıb. Klubunda heyətə düşə bilməyən Cihan Özkara da bu dəfə lazım olmayıb. Əvəzində Bolqarıstanla sentyabrın 9-da keçirilən oyuna çağırılmayan. Adları ehtiyat oyunçular siyahısında olan 4 futbolçu - Abdulla Abatsiyev, Ağabala Ramazanov, Elnur Alalhverdiyev və İltər Taşkın bu dəfə səfərə aparılacaq.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə, Elnur Allahverdiyev (hər ikisi “Neftçi”), İlkin Qırtımov (“Simurq”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Taşkın İltər (“Ayntraxt” Braunşveyq, Almaniya), Abdulla Abatsiyev (“İnter”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi “Xəzər Lənkəran”), Rüfət Dadaşov (“Saarbrükken”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR