Azərbaycan yığması tarixində 6-cı dəfə böyük hesablı qələbə qazanıb

Azərbaycan yığması tarixində 6-cı dəfə böyük hesablı qələbə qazanıb
# 15 avqust 2013 07:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi tarixində 6-cı dəfə böyük hesabla qalib gəlib. Apasport.az saytının məlumatına görə, dünənki yoldaşlıq görüşündə maltalıların qapısından 3 cavabsız top keçirən komandamız 1 dəfə 4, 5 dəfə 3 top fərqi ilə qələbə qazanıb. Yığmamız bu darmadağınlarda quru hesablı qələbəyə sevinib.

İlk rəsmi matçını 1992-ci ildə keçirən seçməmizin 21 illik tarixinə təsadüf edən 6 böyük hesablı qələbədən dördü Bakıda, ikisi neytral meydanlarda əldə olunub.

Komandamız son 3 darmadağınını ilyarım ərzində gerçəkləşdirib. Bu da almaniyalı mütəxəssis Berti Foqtsun çalışdırıcılıq dövrünə düşür.

Qeyd edək ki, millimiz 3-cü dəfə Avropa təmsilçisini aşkar üstələyib. Digər 3 qarşılaşmada isə asiyalılar məğlub edilib.

Azərbaycan milli komandasının böyük hesablı qələbələri

27.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Farer adaları – 3:0
22.03.1997. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Türkmənistan – 3:0
05.06.1999. Bakı. Avro-2000 seçmə oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0
27.02.2012. Dubay. Yoldaşlıq oyunu. Azərbaycan – Hindistan – 3:0
15.08.2012. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Bəhreyn – 3:0

14.08.2013. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Malta – 3:0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR