Azərbaycanın futbol yığması Ukraynaya məğlub olub

Azərbaycanın futbol yığması Ukraynaya məğlub olub
# 13 sentyabr 2014 11:23 (UTC +04:00)

Bakı – APA. 19 yaşadək qız futbolçular arasında Bakıda keçirilən Avropa çempionatının II seçmə qrupuna start verilib.

Apasport.az saytının məlumatına görə, millimiz ilk oyunda Ukrayna ilə üz-üzə gəlib.

“Bayıl Arena”da keçirilən görüş Patrisiya Qonsalesin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, qalib gələn tərəf qonaqlar olub. Matçda yeganə qolu Ukrayna yığmasının yarımmüdafiəçisi Viktoriya Qolovaç vurub. O, 64-cü dəqiqədə Aytac Şərifovanın qoruduğu qapıya yol tapıb.

Qeyd edək ki, qrupun digər görüşündə bu gün saat 19:00-da Danimarka Kiprlə görüşəcək. Sentyabrın 15-də isə Kipr – Ukrayna və Danimarka – Azərbaycan oyunları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR