Azərbaycanın futzal üzrə millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb

Azərbaycanın futzal üzrə millisi Avropa çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb
# 29 mart 2013 01:12 (UTC +04:00)

Bakı-APA. Martın 28-də futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi növbəti matçına çıxıb.

İlk turda Norveçi 6:0 hesabı ilə darmadağın edən komandamız Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüşdə yığmamız yenə meydandan qalib ayrılmağı bacarıb - 2:3.

Komandamızın heyətində Fərzəliyev, Alves və Novoselaç (avtoqol) fərqlənib. Bosniya və Herseqovinanın qollarını isə Novoselaçla Kahvedziç vurub.

Qeyd edək ki, Bosniya və Herseqovina yığması ilk turda meydan sahibi Slovakiya ilə heç-heçə edib – 4:4.

BOSNİYA VƏ HERSEQOVİNA – AZƏRBAYCAN - 2:3

QOLLAR: Novoselaç, 9, Kahvedziç, 14 - Fərzəliyev, 8, Alves, 12, Novoselaç, 36-avtoqol

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR