Bakının “İnter” klubu Avropa Liqasında mübarizəni dayandırıb - VİDEO

Bakının “İnter” klubu Avropa Liqasında mübarizəni dayandırıb  - <span style="color: red;">VİDEO
# 06 avqust 2015 20:28 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İspaniyanın “Atletik” klubu ilə cavab matçında gücünü sınayıb.

Bilbaodakı ilk qarşılaşmada 0:2 hesabı ilə uduzan bakılılar La Liqanın daimi iştirakçısı ilə ev oyununda möcüzəni reallaşdırmalı idi. Mərhələ keçmək şansları yüksək olmayan “bankirlər” kifayət qədər tanınmış rəqibini ölkəmizdən məğlub yola salmağa çalışacaqdı.

Ancaq "İnter"in gücü sadəcə qolsuz bərabərliyə çatdı. "Bankir"lər mərhələyə adlaya bilməsələr də sonda "qapını bərk çırpmağı" bacardılar.

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

"İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya) - 0:0

Baş hakim: Sərdar Gözübüyük

Bakı. "İnter Arena"

İlk oyun – 0:2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR