BAXCP sədri “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib

BAXCP sədri “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib
# 28 avqust 2015 12:34 (UTC +04:00)

Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avroliqanın pley-off mərhələsində qazandıqları uğur münasibəti ilə “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə qeyd olunur ki, Azərbaycanın futbol ölkəsi kimi tanınmasa da, “Qarabağ” FK-nın ikinci dəfə, “Qəbələ” FK-nın isə ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması futbolumuzun böyük uğuru kimi qiymətləndirilməlidir: “Bu qələbələri sevinclə qarşılayan xalqımız sizdən daha böyük uğurlar gözləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR