Berti Foqts: “Azərbaycan yığmasında qalmaq istəmirəm”

Berti Foqts: “Azərbaycan yığmasında qalmaq istəmirəm”
# 23 avqust 2013 08:42 (UTC +04:00)

Bakı – APA. “Bilirəm ki, AFFA mənim yerimə yeni baş məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis yığmamızdakı gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb.

Foqts AFFA-nın ona əvəzləyici axtarışına başlamasına münasibət bildirərək ilin sonunda müqaviləsi başa çatdıqda sonra yeni anlaşma haqda düşünmədiyini bildirib: “Müqaviləm ilin sonunda başa çatacaq. Yenidən orada qalmaq istəmirəm. Bu üzdən müqaviləni uzatmamağa qərar vermişəm. Mənim başqa variantlarım da var. Yox, Almaniya Futbol İttifaqında çalışmaq fikrim yoxdu. Elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Təbii ki, həmin iddialı komandanın maliyyə durumu da yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.

Qeyd edək ki, Foqts 2008-ci ilin martından yığmamızda çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR