Braziliya yığmasının DÇ-də rüsvayedici məğlubiyyətindən sonra San Pauluda iğtişaşlar başlayıb

Braziliya yığmasının DÇ-də rüsvayedici məğlubiyyətindən sonra San Pauluda iğtişaşlar başlayıb
# 09 iyul 2014 04:28 (UTC +04:00)

Bakı-APA. Braziliya yığmasının Dünya Çempionatının yarımfinal mərhələsində Almaniya komandasına rüsvayedici məğlubiyyətindən sonra San Pauluda iğtişaşlar başlayıb.

Polisin məlumatına görə, insident matç sona çatdıqdan dərhal sonra baş verib. İğtişaşçılar azı 2 avtobus yandırıb, elektrik avadanlıqlar dükanını talan ediblər. Sosial şəbəkələrdə bir qrup azarkeşin Braziliya dövlət bayrağını yandırılmasını əks etdirən fotoşəkillər yerləşdirilib. İnsidentlər həmçinin məşhur Kopakabana çimərliyində də qeydə alınıb. Burada on minlərdə azarkeş matçı efir vasitəsi ilə izləyib. Məlumata görə, almanların 5-ci qolundan sonra yüzlərlə insan çimərlikdən Rionun küçələrinə axışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR