Çempionlar Liqasının 1/8 mərhələsində növbəti oyunlar keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasının 1/8 mərhələsində növbəti oyunlar keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 18 fevral 2015 22:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ikinci matç günündə də iki qarşılaşma baş tutub.

Belə ki, “Bazel” İsveçrədə “Porto”nu qəbul edib. Portuqaliya klubu səfərdə sərfəli nəticə ilə qayıtmaq niyyətində idi. Hərəyə 1 top vuran komandalar meydanda “sülh bağlayıb” – 1:1.

Turnirin son qalibi “Real” isə Almaniyada “Şalke”nin qonağı olub. Ötən il keçirilən görüşlərdə üstün olan madridlilərin bu dəfə də Helzenkirxendə çətinlik çəkməyib. Hesabı 26-cı dəqiqədə Kriştianu Ronaldo açıb. Fasiləyə bu hesabla yollanan “Kral klubu” 79-cu dəqiqədə Marselo ilə fərqi artırıb. Matçda bundan başqa qol olmayıb və “Real” “Şalke”ni 0:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bir gün öncə PSJ “Çelsi” 1:1, “Şaxtyor” “Bavariya” ilə 0:0 hesabı ilə bərabərə qalıb.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

18 fevral

“Bazel” (İsveçrə) – “Porto” (Portuqaliya) - 1:1

Qollar: Qonzales, 11 - Danilo, 79-pen

“Şalke” (Almaniya) – “Real” (İspaniya) - 0:2

Qollar: Ronaldo, 26, Marselo, 79

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR