Çempionlar Liqası: Galatasaray Real (Madrid) və Yuventusla (İtaliya) eyni qrupa düşüb - CƏDVƏL

Çempionlar Liqası: Galatasaray Real (Madrid) və Yuventusla (İtaliya) eyni qrupa düşüb  - <span style="color: red;">CƏDVƏL
# 29 avqust 2013 18:53 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasında 2013/2014 mövsümünün qrup mərhələsinin püşkü atılıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, Monakoda təşkil olunan mərasimdə 32 klub 8 qrupa bölünüb. Həmin klublardan 10-u pley-off mərhələsinin qalibləridir, 22-si mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq.

Püşk ərəfəsində 32 iştirakçı səbətlərə bölünüb. Bu bölgü UEFA reytinqinə əsasən aparılıb. Türkiyənin “Qalatasaray” klubu B qrupunda yer alıb. Onun rəqibləri “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Kopenhagen” (Danimarka) klublarıdır.

A qrupu: “Mançester Yunayted” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Bayer” (Almaniya), “Real Sosyedad” (İspaniya).

B qrupu: “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Kopenhagen” (Danimarka)

C qrupu: “Benfika” (Portuqaliya), PSJ (Fransa), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika)

D qrupu: “Bavariya” (Almaniya), MOİK (Rusiya), “Mançester Siti” (İngiltərə), “Viktoriya” (Çexiya)

E qrupu: “Çelsi” (İngiltərə), “Şalke” (Almaniya), “Bazel” (İsveçrə), "Styaua" (Rumıniya)

F qrupu: “Arsenal” (İngiltərə), “Marsel” (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya),

G qrupu: “Porto” (Portuqaliya), “Atletiko” (İspaniya), “Zenit” (Rusiya), “Austriya” (Avstriya),

H qrupu: “Barselona” (İspaniya), “Milan” (İtaliya), “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR