Con Toşak: “Bütün komanda qol vurmağa borclu idi”

Con Toşak: “Bütün komanda qol vurmağa borclu idi”
# 28 avqust 2013 08:22 (UTC +04:00)

Bakı – APA. “Hiss edirəm ki, məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki pul verib futbol matçını izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli mütəxəssis klubun saytına verdiyi açıqlamada “Neftçi” ilə Topaz Premyer Liqasının IV turuna təsadüf edən oyunda komandasını bəyəndiyini bildirib.

Onun fikrincə, yaratdıqları çoxsaylı qol vəziyyətlərindən yararlana bilməmələri çox böyük bəxtsizlikdir: “Lakin biz bir futbolçunun üzərinə düşüb, “Niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?” deyə, irad bildirsək, düzgün olmaz. Qolu vurmaq üçün bəzən müdafiəçilərimiz də irəli gedir. Deməli, bütün komanda qol vurmağa borclu idi”.

Toşak hesab edir ki, “Xəzər Lənkəran”ın getdikcə daha yaxşı oyun göstərməsi komandanın düzgün yolda olduğunu göstərir. O, “ağ-yaşıllar”ın tezliklə uğursuzluq zolağından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcəyinə inam ifadə edib.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı qolsuz tamamlanıb. Cənub təmsilçisi növbəti turda “Qəbələ”nin qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR