Dünya Çempionatı: Braziliya yığması Neymarı itirdi

Dünya Çempionatı: Braziliya yığması Neymarı itirdi
# 05 iyul 2014 04:55 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, o, hücumçunun iyulun 8-də Almaniyaya qarşı keçiriləcək yarımfinal oyununa yetişməsinin böyük sual altında olduğunu vurğulayıb.

Neymar Kolumbiya ilə oyunun sonuna yaxın zədələnib. O, rəqibin müdafiəçisi Kamilo Tsunqo ilə toqquşmadan sonra yerə yıxılıb və xərəkdə meydandan çıxarılıb. 22 yaşlı futbolçunun belində ciddi problemlər yaşandığı bildirilir. Neymar oyundan sonra hospitala aparılıb.

Skolari Neymarın ağrıdan ağladığını da qeyd edib: “Həkimlərin sözlərinə görə, onun Almaniya ilə görüşə qədər sağalması möcüzə sayıla bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR