İranın futbol yığması 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb

İranın futbol yığması 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb
# 19 iyun 2013 08:01 (UTC +04:00)

APA-nın məlumatına görə, Cənubi Koreyanın Olsan şəhərində İran və Cənubi Koreyanın futbol üzrə yığma komandaları arasında iyunun 18-də baş tutan görüş Rza Quçannejadın vurduğu qolla qonaqların xeyrinə yekunlaşıb - 1:0.

Bu qələbə ilə İran 8 oyunda qazandığı 16 xalla qrup lideri olaraq Braziliyaya getmək hüququ qazanıb.

Bu münasibətlə İranın ali dini lideri, ayətullah Əli Xamneyi, prezident Mahmud Əhmədinejad, parlamentin sədri Əli Laricani və yeni seçilmiş prezident Həsən Ruhani xalqı və futbolçuları təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR