Lionel Messi evlənməyə hazırlaşır

Lionel Messi evlənməyə hazırlaşır
# 15 dekabr 2016 03:27 (UTC +04:00)

“Barselona” klubu və Argentina yığmasının hücumçusu Lionel Messi gələn il ailə həyatı quracaq.

APA-nın “Marca” qəzetinə istinadən verdiyi xəbərə görə, 29 yaşlı futbolçu Antonella Rokutso ilə nikah bağlamaq niyyətindədir.

Məlumata görə, toy mərasimi qış və yaxud yay aylarına təsadüf edəcək.

Qeyd edək ki, Lionel Messi və Antonella Rokutso yeniyetmə olarkən Argentinada tanış olublar. Cütlüyün iki oğlu var. Tyaqo 2012-ci, Matteo isə 2015-ci ildə dünyaya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR