Maylk O’Nil: “Bakıda uduzandan sonra azarkeşlərin bizə inamı azaldı”

Maylk O’Nil: “Bakıda uduzandan sonra azarkeşlərin bizə inamı azaldı”
# 26 sentyabr 2014 10:02 (UTC +04:00)

Bakı – APA. “Biz qrup mərhələsində Rusiyanı məğlub etdik, Portuqaliya kimi komanda ilə səfərdə bərabərə qaldıq. Amma Azərbaycanla oyunlarda cəmi 1 xal qazandıq. Bu, gözlənilməz oldu”. Apasport.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maylk O’Nil deyib.

FİFA-nın rəsmi saytına danışan mütəxəssis DÇ-2014-ün qrup mərhələsində Azərbaycanla oyunlardan danışıb: “Azərbaycanla doğma meydanda 1:1 hesablı heç-heçə etdik. Heç kim bunu gözləmirdi. Bakıda 0:2 hesabı ilə uduzandan sonra azarkeşlərin bizə inamı azaldı. Çünki Rusiya və Portuqaliyaya qarşı göstərdiyimiz oyunu göstərsəydik, Azərbaycanı da, Lüksemburqu da məğlub edərdik. Amma əksinə oldu və biz həmin görüşlərdə zəif təsir bağışladıq. Amma AVRO-2016-nın qrup mərhələsində belə səhvlərə yol verməməliyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR