Milli komandamız son hazırlıqlara başlayıb - APA TV

Milli komandamız son hazırlıqlara başlayıb - <span style="color: red;">APA TV
# 13 mart 2013 18:07 (UTC +04:00)

Dünya çempionatının seçmə mərhələ turniri çərçivəsində Lüksemburq və Portuqaliya futbolçuları ilə rəsmi oyun ərəfəsində olan Azərbaycan milli komandası martın 13-də son hazırlıqlara başlayıb. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bir həftə nəzərdə tutulan məşqlər gün ərzində 2 dəfə, saat 10:30 və 16:15-ə təyin edilib, həmçinin mətbuat üçün açıqdır.

Milli komandanın baş məşqçisi Berqti Foqtsun rəhbərliyi ilə məşqçilər heyəti hazırlıqların saat yarımlıq proqramına ənənəvi olaraq, fiziki, texniki, bərpaedici və ikitərəfli oyun daxil edib. Toplantının ilk günü Topaz Premyer Liqasının son turunda oyunun tam vaxtını meydançada keçirən futbolçular bərpaedici məşqlərlə kifayətləniblər. Məşqçilər heyəti milli komandanın toplanışına daha bir futbolçunu, Simurq klubunun üzvü İlkin Qırtımovu dəvət edib. Elhad Nəziri martın 17-də, Ruslan Abışov və Cihan Özkara isə ertəsi gündən etibarən hazırlıqlara qoşulacaq.

Dünya çempionatının F seçmə qrupunda mübarizə aparan Azərbaycan futbolçularının qarşıdakı oyunları martın 22-də Lüksemburqla səfərdə, ayın 26-da isə Portuqaliya komandası ilə paytaxtımızda olacaq. Artıq Lüksümburq komandası ilə oyunu İrlandiyalı hakimlər briqadasının idarə edəcəyi də məlum olub. Xatırladaq ki, 4 oyundan 2 xal toplayan milli komandamız turnir cədvəlinin 5-ci pilləsindədir. Bir pillə yuxarıdakı Şimali İrlandiya komandasının 3 xalı var.

Səfəri martın 23-nə planlaşdırılan komandamız 3 gün sonra vətənə dönəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR