Mourinyo üç müxtəlif klubla Avrokuboklarda qalib olmuş 3-cü məşqçi olub

Mourinyo üç müxtəlif klubla Avrokuboklarda qalib olmuş 3-cü məşqçi olub
# 25 may 2017 02:09 (UTC +04:00)

Avropa Liqasının final matçında “Ayaks”ı 2:0 hesabı ilə məğlub edən “Mançester Yunayted” tarixində ilk dəfə kuboka sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, bununla da “qırmızı şeytanlar” üç böyük Avropa kubokunu başı üzərinə qaldıran 5-ci komanda olub. Mançesterlilər Çempionlar Liqası, Avropa Liqası və Kuboklar Kubokunu qazanıb. Buna qədər isə “Yuventus”, “Ayaks”, “Bavariya” və “Çelsi” eyni uğuru əldə edib.

Bu qələbə həm də Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı çalışdırıcı 3 fərqli klubla Avrokuboklarda qalib olmuş 3-cü məşqçi olub. Mou Avroliqadakı qələbəyə qədər “Çelsi” və “Portu” ilə qitənin ən nüfuzlu klub turnirində hamıdan güclü olmuşdu. Buna qədər isə eyni uğuru Rafael Benites (“Valensiya” ilə UEFA Kuboku – 2004, “Liverpul” ilə Çempionlar Liqası – 2005 və “Çelsi” ilə Avropa Liqası – 2013) və Udo Lattek (“Bavariya” ilə Çempion Klublar Kuboku – 1974, “Borussiya” ilə UEFA Kuboku – 1979 və “Barselona” ilə Kuboklar Kuboku – 1982) qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR