Peşəkar Futbol Liqası fevralın ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifini mükafatlandırıb

Peşəkar Futbol Liqası fevralın ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifini mükafatlandırıb
# 11 mart 2013 13:38 (UTC +04:00)

Bakı – APA. Bu gün Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolunun müəllifi mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, cari çempionatda vurduğu 20 qolla ən məhsuldar hücumçu olan Nikolas Kanales (“Neftçi”) jurnalistlər arasında keçirilən sorğunun qalibi olub.

Asif Məmmədov (“İnter”) isə Peşəkar Futbol Liqasının rəsmi saytında keçirilən səsvermədə fərqlənib. Onun “Xəzər Lənkəran”a səfərdə 3:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol ən gözəl sayılıb.

AFFA-nın inzibati binasında keçirilən tədbirdə Kanalesə 1500, Məmmədova isə 1000 manat mükafat verilib.

Tədbirdə, Azərbaycan çempionatları tarixində vurulmuş 10000-ci qolun müəllifinə də Peşəkar Futbol Liqası və Topaz tərəfindən xüsusi mükafat təqdim edilib. Həmin qolun müəllifi “Bakı”nın futbolçusu Elvin Məmmədov olub. O, ötən ilin dekabrında “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyunda fərqlənmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR