Qurban Qurbanov: "Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub"

Qurban Qurbanov: "Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub"
# 22 iyun 2015 13:28 (UTC +04:00)

Bakı – APA. “İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi öncə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən hələ tam yığışa bilməmişik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün keçirilən UEFA-nın püşkatma mərasimindən sonra “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Nyonda atılan püşkatmaya əsasən, Ağdam klubu Monteneqro təmsilçisi “Rudar”a rəqib olub.

Bununla bağlı klubun rəsmi saytına açıqlama verən Qurbanov adəti üzrə ehtiyatlı danışıb: “Ayın 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onlar bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Belə deyərdim ki, bu oyun pley-off qarşılaşmasından daha önəmlidi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR