Rəşad Sadıqov: “Zəif oynadığımı deyirlərsə, deməli, elədi”

Rəşad Sadıqov: “Zəif oynadığımı deyirlərsə, deməli, elədi”
# 08 sentyabr 2014 10:29 (UTC +04:00)

Bakı – APA. “Yeni seçmə mərhələyə başlayırıq. Bolqarıstanla ev oyunu çox vacibdi. Final mərhələsinə çıxmaq üçün əsas rəqiblərimizdəndi. Bu səbəbdən də qalib gəlmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.


Sadıqov bu gün millimizin Bolqarıstanla seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında iştirak edib. O, əvvəlcə hazırlıq haqqında fikirlərini bildirib: “Kənardan mənim oyunum daha yaxşı görünür. Zəif oynadığımı deyirlərsə, deməli, elədi. Zədəni bəhanə gətirmək istəmirəm”.

Müdafiəçi yığmadakı digər mərkəz müdafiəçiləri ilə anlaşmasına da toxunub: “Bədavi Hüseynovla heç vaxt yığmada bir mövqedə çıxış etməmişik. Amma Rasim Ramaldanovla yığmada oynamışıq. Deyə bilmərəm ki, kiminlə oynamaq mənə rahatdı. Buna baş məşqçi qərar verəcək”.

Rəşad klubdakı komanda yoldaşı, braziliyalı Reynaldonun millilləşməsinə münasibət bildirib: “Rüfət Dadaşov keçən il 5 qol vurub. Ufuk Budak daha yaxşı çıxış edən bir oyunçudu. Onların gəlişi ilə ab-hava pozulmayıb. Bəzən azərbaycanlı futbolçular arasında da mübahisə ola bilər. Belə fərqləri hiss etmirik. Hamı mehribandı. Hamı canla-başla hazırlaşır. Kənardan futbolçu gəlirsə, təki həmin futbolçu milliyə faydalı olsun”.

Sadıqov komandanın hazırlığından razı olduğunu qeyd edib: “Bolqarıstanın final mərhələsinə çıxmaq üçün imkanları var. Amma biz də bunu istəyirik. Ona görə də onlarla sonadək döyüşəcəyik. Hələlik görünən odu ki, motivasiya bizdə yaxşıdı. Biz məşqdə bir-birimizə güzəşt etmirik. Motivasiya yüksəkdi. Amma oyunda necə olacağını hesab göstərəcək”.

O, sabahkı görüşdə “Bakcell Arena”ya toplaşacaq azarkeşlərin dəstəyinə də güvənir: “Azarkeşlər bizə dəstək olsun. Onların hər bir şüarı bizə təsir edir. Artıq rəqib klublar bizim azarkeşlərdən danışır. Bu da yaxşı haldı. İstefa qışqırmaqları bizə təsir edir. Bu bütün azarkeşlərə aid deyil. Sonadək bizi dəstəkləsinlər. Bilirəm ki, onlar bizi sonadək dəstəkləyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR