Robert Prosineçki Bosniya və Herseqovina millisinin baş məşqçisi təyin edilib

Robert Prosineçki Bosniya və Herseqovina millisinin baş məşqçisi təyin edilib
# 04 yanvar 2018 14:27 (UTC +04:00)

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər.

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR