Tahir Gözəl: “Bakı” komandanıza artistlik bacarığını öyrətdi”

Tahir Gözəl: “Bakı” komandanıza artistlik bacarığını öyrətdi”
# 01 sentyabr 2014 12:56 (UTC +04:00)

Bakı – APA. “Biz bu gün “Bakı”dan oyun ərzində vaxtı necə itirmək olarsa, onu öyrəndik. Rəqib komandanıza artistlik bacarığını öyrətdi. Çünki bu gün ancaq yerə yıxılmaq, vaxtı uzatmaq “taktika”sını ortaya qoydular”. Bu sözləri apasport.az saytına “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl deyib.

“Qarabağ” Topaz Premyer Liqasının IV turunda “Bakı” ilə oyunda da xal itirdi. 2:2 hesablı bərabərlikdən sonra oyun haqda fikirlərini açıqlayan T.Gözəl öz komandasından da razı qalmayıb: “İkinci hissənin əvvəlində zəif çıxış etdik. Meydanda “Qarabağ”ı axtardıq, faktiki yox idi. Sona yaxın yenə öz oyunumuzu tapdıq. Ola bilsin yorğunluq var idi və ya rəqibi ciddiyə almadıq. Daha yaxşı oynamaq olardı. İtirdiyimiz bu xallar axtarılacaq. Razıyam, uğursuz başlanğıcdı. Gərək özümüzü yığışdıraq”.

Gözəl Avropa Liqasının qrup mərhələsindəki rəqibləri haqda da fikirlərini açıqlayıb: “Qrupumuzda həm çətin, həm də asan komandalar var. Biz də iddialıyıq. Əsas odu ki, heyətdə zədəli, cəzalı futbolçu olmasın. Tam heyətlə oynasaq, nəticə əldə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR