Cenk Tosun 27 milyon avroya “Everton”a keçib

Cenk Tosun 27 milyon avroya “Everton”a keçib
# 04 yanvar 2018 11:18 (UTC +04:00)

Türkiyə millisinin və “Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb.

Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək.

Bununla da “ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya “Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq.

Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq.

Qeyd edək ki, “Everton”un baş məşqçisi Sem Ellerdaysın Tosuna “Liverpul”la keçiriləcək kubok oyununda debüt şansı verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR