UEFA-nın “İnter” klubuna qarşı qərarı qüvvədə qalıb

UEFA-nın “İnter” klubuna qarşı qərarı qüvvədə qalıb
# 30 mart 2016 20:35 (UTC +04:00)

Bakı-APA. Bakının “İnter” klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Apasport.az saytının məlumatına görə, UEFA tərəfindən bir mövsümlük Avrokuboklardan məhrum edilən “bankirlər”in etirazından sonra qitə futbol qurumu qərarı qüvvədə saxlayıb.

Rəsmi saytı vasitəsilə açıqlama yayan paytaxt klubu qərarla razılaşmayacaqlarını və ən yüksək səviyyədə etiraz edəcəklərini bildiriblər.

“İnter”in açıqlamasını təqdim edirik:

“30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edir. İnter”PİK bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. “İnter”PİK bu hüquqdan istifadə etmək niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR