UEFA Gənclər Liqasında Azərbaycana yer verib

UEFA Gənclər Liqasında Azərbaycana yer verib
# 19 sentyabr 2014 09:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın avrokuboklardakı təmsilçilərinin sayı arta bilər. Apasport.az saytının məlumatına görə, buna UEFA İcraiyyə Komitəsinin iclasının çıxardığı qərar səbəb olub.

Qurumun yeni qərarı sayəsində Azərbaycan Gənclər Liqasında da 1 klubla təmsil olunmaq imkanı əldə etməyə yaxındır.

Belə ki, UEFA bu yarışla bağlı yenilik etməyi lazım bilib. Turniri uğurlu sayan və bundan sonra da davam etdirilməsinə qərar verən UEFA iştirakçıların sayının artırılmasını məqsədəuyğun sayıb. Artıq turnirdə 32 deyil, 64 komanda mübarizə aparacaq. Bunların 32-si Çempionlar Liqasında çıxış edən klubların gənclərdən təşkil olunan komandaları olacaq. Əslində burada da təmsil olunmağımız mümkündür.

Digər – artırılan 32 komanda isə UEFA reytinqində ən yüksək yerlərə malik ölkələrə veriləcək. Bu siyahıda ilk 32 yerdə olan ölkələrin gənclər liqasında çempion olanlar Gənclər Liqasına qatılacaq. Azərbaycan hazırda UEFA reytinqində 29-cu yerdədir. Amma 2015/16 mövsümü üçün klub bölgüsündə indiki deyil, 2013/14 mövsümünün sonundakı reytinq qəbul olunur. Ölkəmiz həmin vaxt 32-ci idi. Bu isə Azərbaycana Gənclər Liqasında əlavə yer verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR