UEFA Yunanıstanın iki futbol klubunu bir illik avrokubok oyunlarından kənarlaşdırıb

UEFA Yunanıstanın iki futbol klubunu bir illik avrokubok oyunlarından kənarlaşdırıb
# 28 iyun 2013 04:58 (UTC +04:00)

Баку-АПА. UEFA Maliyyə Nəzarət Komitəsi Yunanıstanın “PAS Qiannina” və “Panatinaikos” klublarını sərt cəzalandırıb. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, ali futbol qurumu hər iki komandanı 1 illik avrokubok oyunlarından kənarlaşdırıb.

UEFA Maliyyə Nəzarət Komitəsi bildirib ki, “PAS Qiannina” və “Panatinaikos” UEFA-nın klub turnirlərində iştirak etmək üçün milli assosiasiya tərəfindən verilmiş lisenziyalaşdırılma və UEFA maliyyə “Fair-play” reqlamentinə uyğun gəlmədikləri üçün belə qərar verilib.

Beləliklə, yeni mövsüm üçün Avropa Liqasında iştirak etmə hüququ qazanmış “PAS Qiannina”nın əvəzinə gedəcək olan “Panatinaikos” da bu hüquqdan məhrum olunub.

Qeyd edək ki, hər iki klub İdman Arbitraj Məhkəməsində etiraz edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR