Yılmaz Vural Azərbaycan millisini çalışdırmaq üçün AFFA ilə danışıqlara gəlir

Yılmaz Vural Azərbaycan millisini çalışdırmaq üçün AFFA ilə danışıqlara gəlir
# 19 sentyabr 2013 13:37 (UTC +04:00)

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmamızı Yılmaz Vural çalışdıra bilər.


Xəbərdə türkiyəli çalışdırıcının danışıq aparmaq üçün sentyabrın 22-də Bakıya gələcəyi qeyd olunur. İndiyə qədər 23 fərqli klubda çalışan Vuralın AFFA-dan rəsmi təklif aldığı və buna müsbət cavab verəcəyi söylənilir.

Qeyd edək ki, Yılmaz Vuralın son iş yeri Türkiyənin “Elazığspor” klubu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR