Yozef Blatter BOK-dan ayrılır

Yozef Blatter BOK-dan ayrılır
# 03 avqust 2015 09:32 (UTC +04:00)

Bakı – APA. FİFA prezidenti Yozef Blatter tutduğu daha bir vəzifəni tərk etmək qərarına gəlib. Apasport.az saytı xəbər verir ki, o, Beynəlxalq Olimpiya Komitəsinin yeni üzvlərinin seçki prosesində iştirak etməyəcək.

 

Blatter bu qərarı ilə bağlı BOK prezidenti Tomax Baxı məlumatlandırıb.

 

Qeyd edək ki, yazda FİFA böyük qalmaqalla üzləşmişdi. Korrupsiyada günahkar bilinən qurumun yüksək vəzifəli 7 əməkdaşı Sürixdə həbs edilmişdi. Bundan sonra Blatter növbəti dəfə FİFA prezidenti seçilsə də, cəmi 4 gün sonra istefa verdiyini açıqlamışdı.

 

Nəticədə gələn il, fevralın 26-da keçiriləcək prezident seçkilərinə qədər onun postunda qalmasına qərar verilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR