Xorvat və yunan azarkeşlərin kütləvi davası ilə bağlı cinayət işi başlanıb

Xorvat və yunan azarkeşlərin kütləvi davası ilə bağlı cinayət işi başlanıb
# 08 avqust 2023 16:48 (UTC +04:00)

Yunanıstanın paytaxtı Afina şəhərində Xorvatiyanın “Dinamo” futbol klubu azarkeşlərinin kütləvi dava salması nəticəsində 1 nəfərin ölməsi, 8 nəfərin yaralanmasına görə cinayət işi başlanıb.

APA xəbər verir ki, bu barədə Yunanıstanın “newsbomb.gr” xəbər portalı yazıb.

Qeyd olunub ki, xorvat azarkeşlər Yunanıstanın “AEK” klubunun azarkeşləri ilə Afinadakı “OPAP Arena” stadionunun yaxınlığında kütləvi dava salıb və nəticədə 29 yaşlı yunan ölüb.

Hazırda Yunanıstan polisi 200-ə yaxın xorvatiyalı futbol azarkeşinin Afinaya maneəsiz gəlişi və stadionun qarşısında kütləvi dava salmaları ilə əlaqədar araşdırmalara başlayıb.

Hadisə ilə bağlı 96 nəfər həbs edilib.

Qeyd edək ki, “AEK” və “Dinamo” bu gün Çempionlar Liqasının III raundunda qarşılaşmalı idilər. İnsidentə görə oyun təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR