“Zirə” asiyalılarla matçda uduzub

“Zirə” asiyalılarla matçda uduzub
# 03 avqust 2019 21:58 (UTC +04:00)

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.

APA-nın məlumatına görə, paytaxt təmsilçisi Qətərin “Əl-Vakrah” klubu ilə üz-üzə gəlib.

Üç qolun vurulduğu matçda Asiya təmsilçisi qalib gəlib. Erkən qolla hesabı açan bakılılar üstünlüyü qoruya bilməyiblər – 1:2.

Qeyd edək ki, bu, "Zirə"nin Türkiyədə 4-cü yoxlama görüşü olub. Premyer Liqa klubu bunadək Rumıniya "Konkordiya"sı (0:0), Türkiyə "Adana Dəmirspor"u (2:3) və Nigeriya “Hartlend”i (5:0) ilə qarşılaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR