ABŞ dövlət katibinin köməkçisi Azərbaycan XİN Diplomatik Akademiyasında görüş keçirib

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan XİN Diplomatik Akademiyasında görüş keçirib
# 20 iyun 2008 14:15 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. ABŞ dövlət katibinin mədəniyyət təhsil məsələləri üzrə köməkçisi Qoli Ameri Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının müəllim və tələbələri ilə görüşüb. APA-nın məlumatına görə, Qoli Ameri bildirib ki, Azərbaycan öz diplomatik missiyalarının şəbəkəsini genişləndirir, bu səbəbdən ölkənin diplomatiya sahəsində güclü kadrlara ehtiyacı var. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Qoli Amerinin sözlərinə görə “Fullbrayt” proqramı çərçivəsində Azərbaycanda təhsilin magistr pilləsini bitirmiş tələbələr ABŞ-da təhsillərini davam etdirə biləcəklər. Bundan başqa amerikalı tələbələr bu proqram çərçivəsində ölkəmizə gələrək Azərbaycan dilini mükəmməl şəkildə öyrənmək imkanı qazanacaqlar. Bundan başqa ABŞ Azərbaycan-Amerika Tədqiqatlar Mərkəzinin yaradılmasında da maraqlıdır. İranda anadan olduğunu deyən Qoli Ameri 17 yaşında ABŞ-a təhsil almağa getdiyini, bu səbəbdən xarici ölkədə təhsil almağın çətinliklərinin ona yaxşı tanış olduğunu deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR