ABŞ-ın Azərbaycandakı səfirliyi üçün yeni bina tikiləcək

ABŞ-ın Azərbaycandakı səfirliyi üçün yeni bina tikiləcək
# 23 iyun 2008 08:33 (UTC +04:00)
Diplomat bildirib ki, səfirlik üçün yeni binanın tikilməsi üçün büdcə mövcuddur, lakin tikinti işlərinin aparılması üçün münasib yer hələ tapılmayıb. Onun sözlərinə görə, səfirlik üçün yeni binanın tikilməsi həm təhlükəsizlik səbəbləri, həm də diplomatik missiyanın tərkibinin genişlənməsi baxımından zəruridir. Conatan Henik bildirib ki, hazırda səfirlik iki binada fəaliyyət göstərir. Azadlıq prospektində yerləşən bina uzunmüddətli lizinq əsasında istifadə edilir, bundan başqa Landmark biznes-mərkəzində yer icarəyə götürülüb. Diplomat səfirlik yeni binaya köçdükdən sonra köhnə binanın taleyinin necə olacağını bilmədiyini deyib. ABŞ səfirliyinin yeni binasının tikintisi bir neçə il çəkə bilər. Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu il və gələn bir ərzində Azərbaycanla yanaşı, Tailand, Serbiya, Rumıniya, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Ukrayna, Cənubi Afrika Respublikasında səfirliklər üçün yeni binalar tikməyi planlaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR