Xəzər İbrahim: “Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır”

Xəzər İbrahim: “Rusiya işğalçı siyasətin yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırmalıdır”
# 23 iyun 2008 11:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Ermənistan prezidentinin Rusiyaya bu gün başlayan, Ermənistan müdafiə nazirinin isə bu ölkəyə ötən həftə reallaşan səfərlərinin Moskvanın işğalçı ölkəyə dəstəyinin göstəricisi olub-olmadığı barədə sualı belə cavablandırıb: “Biz dəfələrlə Rusiya tərəfinə bildirmişik ki, onlar öz siyasətlərində digər öhdəliklərini də nəzərə almalıdırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllinə yardımçı olmaq Rusiyanın vəzifəsidir. Moskva İrəvanla münasibətlərində bu məqamı nəzərə alaraq Ermənistan tərəfinə işğalçı siyasətin yolverilməz olduğunu bildirməli və bu ölkəni konstruktiv dialoqa çağırmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR