Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər”

Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Azərbaycan və Ermənistan prezidentləri arasında görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər”
# 23 iyun 2008 16:32 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Karl Bildt Cənubi Qafqaz regionunda durumun həmişə rəhbərlik etdiyi qurum tərəfindən nəzarətdə saxlandığını bildirib: “Bu regionun ölkələrində seçkilər bir sıra pozuntularla keçirilib. Bu pozuntuları aradan qaldırmaq və demokratik seçkilərin keçirilməsinə nail olmaq lazımdır”. Karl Bildt Avropa Şurasının Gürcüstanın ərazi bütövlüyünə fundamental önəm verdiyini vurğulayıb: “Abxaziyaya gələcəkdə geniş muxtariyyət veriləcəyi şübhə doğurmur, bununla belə Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamlıdır. Çünki bu, regionda stabillik üçün təhlükə törədə bilər”. AŞ Nazirlər Komitəsinin sədri millət vəkili Qənirə Paşayevanın “Avropa Şurası nə üçün Ermənistandan Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb etmir” sualını cavablandıraraq bildirib ki, bu münaqişənin həlli Avropa Şurasının səlahiyyətləri daxilində deyil: “Yalnız bir şeyi deyə bilərəm ki, münaqişənin həllinə dair danışıqlar davam edir və bu yaxınlarda Sankt-Peterburqda iki ölkə prezidentinin görüşü olub. Lakin bu görüşün nəticəsindən mənim xəbərim yoxdur. Sadəcə deyə bilərəm ki, biz bu kimi görüşləri dəstəkləməliyik və bu kimi görüşlər münaqişənin həllini yaxınlaşdıra bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR