Dmitri Rupel: “Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir”

Dmitri Rupel: “Qafqazda stabilliyin bərqərar olması bütün ölkələrin, o cümlədən Rusiyanın xeyrinədir”
# 25 iyun 2008 10:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Dondurulmuş münaqişələrin dayanaqlı nizamlanmasında biz hamımız maraqlıyıq. Qafqazda stabilliyin bərqərar olmasından isə bütün qonşu ölkələr, o cümlədən Rusiya qazanclı çıxar”. APA-nın məlumatına görə, bu fikirləri Avropa İttifaqına sədrlik edən Sloveniyanın xarici işlər naziri Dmitri Rupel söyləyib. O, dondurulmuş münaqişələrin nizamlanması prosesində əməkdaşlığı vacib sayıb: “Ona görə də biz dondurulmuş münaqişələrin nizamlanmasında irəliləyiş əldə etmək üçün ümumi qonşuluq zonasında maksimum konstruktiv hərəkət etməli və regionda uzunmüddətli stabilliyə yardım göstərməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR