Çexiyanın xarici işlər naziri iyulun 3-5-də Azərbaycanda rəsmi səfərdə olacaq

Çexiyanın xarici işlər naziri iyulun 3-5-də Azərbaycanda rəsmi səfərdə olacaq
# 30 iyun 2008 10:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyulun 3-də Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq Azərbaycana rəsmi səfərə gələcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, üç gün davam edəcək səfər zamanı qonaq prezident İlham Əliyev, həmkarı Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev və daxili işlər naziri Ramil Usubovla görüşəcək. Bundan başqa, K. Şvartsenberq Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçərişəhərlə tanış olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR