Qoran Lenmarker: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış “qızıl imkan” sülh sazişi ilə nəticələnmədi”

Qoran Lenmarker: “Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaranmış “qızıl imkan” sülh sazişi ilə nəticələnmədi”
# 30 iyun 2008 10:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker qurumun yay sessiyasında çıxışında bildirib. O bildirib ki, bu münaqişənin nizamlanması üçün “qızıl imkan” olub: “Mən belə bir “qızıl imkan”ın olduğunu görürdüm, amma təəssüf ki, hələlik bu imkan sülh sazişinin imzalanması ilə nəticələnməyib. Hazırda hər iki ölkə üçün vəziyyəti dəyişmək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün gözəl şansı var. Əgər Azərbaycan və Ermənistanın siyasi iradəsi olsa, saziş imzalamaq mümkündür. Geriyə deyil, gələcəyə baxmaq vacibdir. Regionda yeni müharibə mümkün deyil, bu barədə düşünmək belə istəmirəm və bu təhlükədən qaçmaq lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR