PKK Bakı-Tiflis-Ceyhan kəmərinə qarşı növbəti terror aksiyası həyata keçirə bilər

PKK Bakı-Tiflis-Ceyhan kəmərinə qarşı növbəti terror aksiyası həyata keçirə bilər
# 09 avqust 2008 08:44 (UTC +04:00)
APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyə hissəsindəki partlayışın məsuliyyətini öz üzərinə götürən PKK hesab edir ki, Türkiyənin iqtisadi resurslarına qarşı hücumlar guya “kürd xalqının məhv edilməsi üçün aparılan müharibə”nin qarşısının alınmasında mühüm rol oynayır.
Xatırladaq ki, avqustun 6-na keçən gecə Bakı-Tiflis-Ceyhan boru kəmərinin Türkiyənin Ərzincan rayonu ərazisindən keçən hissəsində partlayış baş verib və yanğın başlayıb. Nəticədə kəmərlə neft nəqli dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR