Xəzər İbrahim: “Azərbaycanın xarici siyasət kursunda heç bir dəyişiklik edilməyib”

Xəzər İbrahim: “Azərbaycanın xarici siyasət kursunda heç bir dəyişiklik edilməyib”
# 18 avqust 2008 11:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici siyasət kursunda heç bir dəyişiklik edilməyib. APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Gürcüstanda baş verən hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsiri ola biləcəyi barədə fikrinə münasibət bildirərkən deyib: “Biz öz siyasətimizi digər hadisələrə baxaraq qurmuruq. Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Əgər kimsə hansısa bır presedentlər ortaya qoyub münaqişənin həlli üçün əngəllər yaratmaq istəyirsə, bu düzgün deyil. Biz regionda sülh və stabilliyin bərpa olunmasına tərəfdarıq. Biz yalnız ritorika tərəfdarı deyilik, biz praktiki olaraq regionda sülhün bərpa olunması üçün işlər görürük. İstəməzdik ki hansısa yeni bir gərginliklər regionda vəziyyəti daha da mənfi vəziyyətə salsın. Çünki region artıq münaqişələrlə dolub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR