Xəzər İbrahim: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil”

Xəzər İbrahim: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil”
# 25 avqust 2008 11:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil”. APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında “Gürcüstan-Cənubi Osetiya münaqişəsində vasitəçidən münaqişə tərəfinə keçən Rusiyanın Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsinə baxılırmı» sualını cavablandıraraq deyib. Rusiyanın Dağlıq Qarabağ münaqişəsində tərəf olmadığını əsas gətirən X. İbrahim bu ölkənin həmsədrlikdən kənarlaşdırılmasına lüzum görmür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR