ABŞ rəsmisi: “Riçard Çeyninin Azərbaycana səfəri Vaşinqtonun bu ölkə ilə əlaqələri dərinləşdirmək istəyini nümayiş etdirir”

ABŞ rəsmisi: “Riçard Çeyninin Azərbaycana səfəri Vaşinqtonun bu ölkə ilə əlaqələri dərinləşdirmək istəyini nümayiş etdirir”
# 29 avqust 2008 11:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Riçard Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Hanna deyib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Birləşmiş Ştatların dünyanın bu hissəsində təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu nümayiş etdirməkdir: “ABŞ administrasiyası Riçard Çeyninin bu tələsik səfərinə xüsusi əhəmiyyət verir. Sözsüz ki, Rusiyanın Gürcüstana qarşı hərbi əməliyyatı və birtərəfli şəkildə Cənubi Osetiya və Abxaziyanı tanıması bu səfərin əhəmiyyətini artırıb. Qeyd edək ki, vitse-prezident Riçard Çeyni sentyabrın 2-də başlanan turne çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və İtaliyaya səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR