Bakıda Xəzərin statusuna dair xüsusi işçi qrupunun 23-cü iclası keçirilir
04 sentyabr 2008 11:10 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov işçi qrupun ötən müddət ərzində çox məhsuldar işlədiyini bildirib: “Məhz bu məhsuldar fəaliyyət nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub, Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlətlərin ümumi razılığa gəlməsi üçün münbit şərait yaranıb. Ümidvaram ki, bu görüş Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına səbəb olacaq”.
Sahilyanı ölkələrin dövlət başçılarının Tehran sammitinin nəticələrini şərh edən Elmar Məmmədyarov bu tədbiri əməkdaşlığın inkişafı istiqamətində irəliyə doğru mühüm addım adlandırıb: “Bu sammit mövcud problemlərin həlli istiqamətində işin konkret istiqamətlərini müəyyənləşdirib. Xəzər Konvensiyasına dair mövcud layihənin razılaşdırılmamış məsələləri sahilyanı ölkələrin dövlət başçılarının üçüncü sammitinin keçirilməsi üçün əsas yarada bilər. Regionda sülh və stabilliyin təmin olunması, enerji resurslarının mənimsənilməsi Xəzəryanı ölkələrin ümumi maraqlarına daxildir. Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı bütün problemlər ümumi qəbul olunmuş normalar çərçivəsində konstruktiv dialoq yolu ilə həll olunmalıdır. Bununla belə hövzənin hüquqi statusu ilə bağlı indiki mərhələdə mövcud olan bəzi fikir ayrılıqları sahilyanı ölkələrin Xəzərdə öz suveren hüquqlarını təmin olunmasına xələl gətirməməlidir”.
Elmar Məmmədyarov qeyd edib ki, Xəzərin dibinin bölünməsi, su hövzəsindən təhlükəsizlik, demilitarizasiya məsələləri, kabel və kəmərlərin çəkilməsi məqsədilə istifadəyə dair müzakirələr davam etdirilməlidir. XİN başçısı bildirib ki, Xəzərin ətraf mühitinin qorunmasına dair çərçivə sazişini imzalamış ölkələrin ikinci konfransının keçirilməsinə böyük əhəmiyyət verir.

Xarici siyasət
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib
18:27
12 sentyabr 2024
Politoloq: USAİD faktiki olaraq erməni lobbisinin əlindədir
17:20
12 sentyabr 2024
Ceyhun Bayramov Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
16:32
12 sentyabr 2024
Azərbaycan dini və mədəni müxtəliflik siyasətinə sadiqdir - FOTO
15:27
12 sentyabr 2024