Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini keçirəcək missiyanın bölgəyə səfəri bu ay gerçəkləşə bilər

Azərbaycan və Ermənistanda mədəni-tarixi abidələrin monitorinqini keçirəcək missiyanın bölgəyə səfəri bu ay gerçəkləşə bilər
# 04 sentyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Azərbaycan və Ermənistan hökumətləri hələlik mədəni-tarixi abidələrin monitorinqini keçirəcək missiyanın bölgəyə səfərinə dair Avropa Şurası baş katibinin müraciətini cavablandırmayıblar”. Bu açıqlamanı APA-ya Avropa Şurasının mədəniyyət və mədəni irs məsələləri Direktorluğunun rəhbəri Robert Palmer verib. Onun sözlərinə görə, əgər Bakı və İrəvan missiyanın bölgəyə səfər etməsinə razılıq versələr, o zaman bu səfər sentyabr-oktyabr aylarında gerçəkləşə bilər. Robert Palmer missiyanın marşrutunun hər iki hökumətlə razılaşdırılacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR