Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
# 14 sentyabr 2008 20:19 (UTC +04:00)
Dövlət başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

D. Medvedev təbrikə və göstərilən diqqətə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Eyni zamanda, prezident İlham Əliyev çoxsaylı insan tələfatı ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Rusiya prezidentinə başsağlığı verib.

Prezident Dmitri Medvedev başsağlığına görə dövlətimizin başçısına minnətdarlıq edib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələlər də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR