Elmar Məmmədyarov sabah Brüsseldə “NATO+Azərbaycan” formatında keçirilən müzakirələrdə iştirak edəcək

Elmar Məmmədyarov sabah Brüsseldə “NATO+Azərbaycan” formatında keçirilən müzakirələrdə iştirak edəcək
# 15 sentyabr 2008 09:08 (UTC +04:00)
Müzakirələr “26+1” (NATO+Azərbaycan) formatında Şimali Atlantika Şurası çərçivəsində keçiriləcək. Nazir Elmar Məmmədyarovun NATO-nun baş katibi Yaap de Hoop Sxeffer və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Səfər iki gün davam edəcək. Sentyabrın 18-də Londona işgüzar səfər edəcək Elmar Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşəcək. Səfər zamanı nazir Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutda çıxışlar edəcək, bir sıra müsahibələr verəcək. Sentyabrın 20-29-da isə Elmar Məmmədyarov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək. Səfər zamanı XİN başçısının çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulur. Elmar Məmmədyarov həmçinin sentyabrın 29-da sessiyada çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR