Bahar Muradova və Rəbiyyət Aslanova ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər

Bahar Muradova və Rəbiyyət Aslanova ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak edəcəklər
# 15 sentyabr 2008 09:47 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sentyabrın 18-də ATƏT Parlament Assambleyasının (PA) payız sessiyası başlayacaq. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, parlamentin sədrinin müavini, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətinin üzvü, İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova sabah sessiyada iştirak etmək üçün Kanadanın Toronto şəhərinə yola düşəcəklər. Tədbirdə “Açıq dünyada ATƏT: ticarət, təhlükəsizlik və miqrasiya” və “Aralıq dənizi forumu” mövzuları müzakirə olunacaq. Azərbaycanlı deputatlar müzakirə olunan məsələlərə, eləcə də miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsinə dair mövqelərini açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər. Səfər sentyabrın 23-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR