Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: “Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir”

Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin sədr müavini: “Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini azad etməlidir”
# 16 sentyabr 2008 17:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının Siyasi Məsələlər Komitəsinin nümayəndə heyəti bu gün Mili Məclisdə mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, nümayəndə heyətinin rəhbəri, Siyasi Məsələlər Komitəsinin sədr müavini Maykl Henkok Azərbaycana səfərlərinin uğurlu keçdiyini bildirib. O deyib ki, səfər çərçivəsində maraqlı fikir mübadiləsi aparıblar. M. Henkok səfər zamanı “Xəzər dənizi və Avropada təhlükəsizlik” adlı məruzə hazırlamaq məqsədilə müzakirələr apardığını deyib.

Azərbaycanın Asiya ilə Avropa arasında körpü olduğunu bildirən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Avropa rəsmi Bakı əməkdaşlıqda maraqlıdır. O, Azərbaycan torpaqlarının işğalı faktına toxunaraq, Ermənistanın işğal olunmuş əraziləri azad etməli olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR