Bernar Fasienin Azərbaycana səfəri başlayıb

Bernar Fasienin Azərbaycana səfəri başlayıb
# 18 sentyabr 2008 16:43 (UTC +04:00)
APA-nın məlumatına görə, B. Fasie hava limanında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsini həlli, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etməkdir. B. Fasie Nyu-Yorkda həmsədrlərin də görüşünün keçiriləcəyini söyləyib. O, həmkarları Metyu Brayza və Yuri Merzlyakovla fəaliyyətlərini əlaqələndirdiklərini və danışıqlar prosesinin əvvəlki formatda davam etdiriləcəyini söyləyib. Fransalı diplomat bu gün səhər Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovla telefon əlaqəsi saxladığını və Ermənistana səfəri ilə bağlı ona məlumat verdiyini bildirib. Ermənistanın Azərbaycanla kompromisə hazır olub-olmaması barədə suala diplomat belə cavab verib: “Tanqo rəqsi üçün iki nəfərə ehtiyac var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR